Ötən il məişət zorakılığına məruz qalan kişilərin sayı AÇIQLANDI

Ötən il məişət zorakılığına məruz qalan kişilərin sayı AÇIQLANDI

Hazırda oxunan: Ötən il məişət zorakılığına məruz qalan kişilərin sayı AÇIQLANDI

121883

"2022-ci ildə 475 qadın və 20 kişi məişət zorakılığına məruz qalmaları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət ediblər".

Bizim.Media xəbər verir ki, bunu qurumun Hüquqi təminat şöbəsinin müdiri Taliya İbrahimova “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı konfransda deyib.

O bildirib ki, ötən il uşaqlarla bağlı 81 müraciət alıblar: 

"Eyni zamanda, ötən il 6 ahıl şəxs və 2 cinsi azlıq ailələrində onlara qarşı olan zorakılıqla bağlı bizə müraciət edib. Müraciətlərin 409-u psixoloji, 304-ü fiziki, 5-i cinsi zorakılıqla bağlı olub. Müraciət edənlərdən 301-i əri, 146-sı keçmiş əri, 67-si isə digər qohumları tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO