Bakı Avtovağzalında 200 taksiyə pulsuz dayanacaq yeri VERİLDİ - RƏSMİ

Bakı Avtovağzalında 200 taksiyə pulsuz dayanacaq yeri VERİLDİ - RƏSMİ

Hazırda oxunan: Bakı Avtovağzalında 200 taksiyə pulsuz dayanacaq yeri VERİLDİ - RƏSMİ

121862

Paytaxtın ayrı-ayrı yerlərindən pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik avtomobillərinə Bakı Beynəxalq Avtovağzal Kompleksində ayrılan dayanacaq sürücülərin ixtiyarına verilib. 

Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov verib. Qurum rəsmisinin sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların uyğun məkana cəlb edilməsi, müxtəlif ərazilərdə tıxacın azaldılması və vətəndaş məmnuniyyəti yaratmaq məqsədi daşıyır:

“Bakının müxtəlif yerlərində, xüsusən də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ətrafında taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıları uyğun məkana cəlb etmək üçün BBAK ərazisində “Minik taksiləri üçün duracaq yer” müəyyənləşib.
Nəqliyyat Qovşağında ayrılmış sahədə 200-dək taksi minik nəqliyyat vasitəsinin fəaliyyəti üçün şərait yaradılıb. Taksi avtomobilləri tam ödənişsiz şəkildə ərazidən istifadə edə bilirlər. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında yolda dayanan, hərəkətə mane olan, sərnişinlər üçün təhlükəli yerlərdə fəaliyyət göstərən taksilərə qarşı isə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülür”.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən daşıyıcı sifariş gözləyərkən taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş “Minik taksilərinin duracaq yeri” yol nişanı ilə işarələnmiş duracaq yerlərindən istifadə etməlidir. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO