“Ermənidən bundan artıq nə gözləmək olar? Ermənilərin xisləti budur. Tarixboyu başqasının torpağını, mətbəxini, musiqisini, rəqsini oğurlayıb öz adına çıxan ermənilərdən nə gözləməliyik? Bunu hər birimiz yaxşı bilirik. Erməni xisləti dəyişmr, bu dəfə mənim topla olan şəklimi özlərinin pankartına çeviriblər, məni öz əsgərləri ediblər”.
Bu sözləri Vətən Müharibəsində topçu Vüsal kimi məşhurlaşan əsgər Vüsal Şahkərimov Bizim.Media-ya müsahibəsində deyib.
Vətən Müharibəsinin məşhur siması topçu Vüsalı baş verən insident çox hiddətləndirib:
"Sosial şəbəkələrdə bunu gördüm, dost-tanışdan zənglər gəldi ki, ermənilər sənin şəklini paylaşaraq, səni öz əsgərləri kimi qələmə veriblər. Hirsləndim, amma sonra düşündüm ki, erməni xisləti budur, neynəsinlər, özlərində bir dənə fərli əsgər oldu ki? Məcburdular burada da bizdən oğurlasınlar”.
Vüsalın sözlərinə görə, hətta erməni lobbisinin güclü olduğu Fransada da onun şəklinin reklamından pul toplayıblar:
“Özünün sinəsinə döyənlər var ey xaricdə, ədalət, demokratiya axtarırlar, qoy bu məsələni qaldırıb bir dəfə də bizim xeyrimizə danışsınlar, çıxsınlar oradakı ermənilərin qabağına, desinlər ki, bu bizim əsgərimizdir. Avropa fakt deyə bağırmır, göstərsinlər o fransızlara ki, baxın bu da erməni xisləti, həmişə belə oğurlayırblar bizdən. Bundan yaxşı fakt olar?”
Topçu Vüsal Azərbaycan cəmiyyətinin və əlaqədar qurumların da bu faktı beynəlxalq qurumların nəzərinə çatdırmasını istəyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 21.02.2023
Ermənilərin “oğurladığı” Topçu Vüsal DANIŞDI: “Məndən erməni əsgəri düzəldiblər”
Hazırda oxunan: Ermənilərin “oğurladığı” Topçu Vüsal DANIŞDI: “Məndən erməni əsgəri düzəldiblər”
Hazırda oxunan: Ermənilərin “oğurladığı” Topçu Vüsal DANIŞDI: “Məndən erməni əsgəri düzəldiblər”
121733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.