YAP-çı deputatdan Əli Əliyevə sərt CAVAB

YAP-çı deputatdan Əli Əliyevə sərt CAVAB

Hazırda oxunan: YAP-çı deputatdan Əli Əliyevə sərt CAVAB

12167

“Bu yaxınlarda eşitdik ki, Dağlıq Qarabağda rus dili dövlət dili elan olunub”.

Bizim.Media xəbər verir ki, bunu Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Yeni Azərbaycan Partiyasının üzvü olan millət vəkili Aydın Hüseynovla canlı yayım debatında söyləyib. Əli Əliyev əlavə edib ki, hələ Azərbaycana çox sürprizlər olacaq.

 

MÖVZU İLƏ BAĞLI:

Qondarma rejimin təxribatı - Rus dili Qarabağda “rəsmi” dil elan olundu


“Üstəgəl Azərbaycanın rəsmi orqanlarının, o cümlədən opponentimin təmsil etdiyi hakim partiyanın nümayəndələrinin “status cəhənnəmə vasil oldu” ifadəsi var. Ancaq bunun qarşılığında nə görürük? Təxminən 2 ay əvvəl Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko “Status məsələsinə qayıdılacaq və ATƏT-in Minsk Qrupu çərçivəsində həllini tapmalıdır” deyir. 

4-5 gün bundan qabaq Rudenkonun (Rusiya XİN müavini) açıqlaması olub. Həmin rəsmi mövqedə Dağlıq Qarabağ və status məsələsinin ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunması dilə gətirilib.  

"Bu yaxınlarda Putin Fransa prezidenti Makronla telefon danışığından sonra açıqlayır ki, biz qalibik”.

Qeyd edək ki, Rusiya lideri müharibənin nəticələrini ölkəsi üçün 2020-ci ilin uğurları siyahısına daxil edib. 

Əli Əliyev ölkə başçısının sözlərini xatırladıb: “Minsk Qrupu funksiyasını bitirib. Hətta Prezident Əliyev onlara “Mən sizi bura dəvət etməmişəm” demişdi. Bu bəyanatı alqışladıq və gördük ki, Rusiya və Fransa liderlərinin Minsk Qrupu ilə üst-üstə düşən maraqları var".

"ATƏT-in Minsk Qrupunun Ara Ayvazyan və Ceyhun Bayramovla dünənki videokonfransı da deməyə əsas verir ki, status məsələsi müzakirə olunacaq. Artıq belə mövqe formalaşdırılıb”.

Bu mövqedən narahat olduğunu dilə gətirən partiya sədrinə Aydın Hüseynov “Bu narahatçılığı bildirməyin əsası haradan qaynaqlanır?” sualını verdi:

 

“Biz böyük qələbə qazanmışıq və bunu pafosla səsləndirməyə haqqımız var. Qələbənin müsbət emosional təsirləri nəticəsində daha böyük zəfərlər qazana bilərik. Zəfər coşqusunu azaltmaq olmaz".


Biz deyəndə ki, radikal müxalifət ermənilərə xidmət edir, bizə deyirlər ki, niyə belə düşünürüsünüz? Bütün bu sadalanan məsələlər erməni mətbuatına istinad olunub.

Millət vəkili bildirdi ki, “Sputnik Armenia” kimi saytların məqsədi odur ki, dezinformasiyaları paylaşmaqla Azərbaycan cəmiyyətinin ürəyinə narahatlıq, insanların fikrinə tərəddüd salsın.

Bütün bunlar isə xalqda ruh düşkünlüyü yaratmağa hesablanıb. 

 

“Ordumuz Şuşada olanda Ermənistanın rəsmi qurumları elan edirdi ki, guya Şuşa ermənilərdədir. Biz onlara inansaydıq, Şuşanın işğaldan azad olunmasına inanmayacaqdıq.


Həmin mənbələrə inanmamalıyıq. 

44 günlük savaş ərzində də gördük ki, ən etibarlı mənbə Azərbaycanın rəsmi mənbələridir”,- deyə Aydın Hüseynov Əli Əliyevə irad dolu cavab verdi. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO