İTV və DTX-nin birgə layihəsi - “Baş tutmayan tələ” – VİDEO 

İTV və DTX-nin birgə layihəsi - “Baş tutmayan tələ” – VİDEO 

Hazırda oxunan: İTV və DTX-nin birgə layihəsi - “Baş tutmayan tələ” – VİDEO 

121664

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi məxfi əməliyyatın təfərrüatı “Baş tutmayan tələ” adlı sənədli film lentə alınıb.

Bizim.Media xəbər verir ki, film DTX və İTV-nin birgə əməkdaşığı ilə ərsəyə gətirilib.

Filmdə bildirilir ki, bu gün dünyanın hər bir ölkəsinin xüsusi xidmət orqanları sosial şəbəkələrdən çox geniş istifadə edir.
Daha sonra kadrlarda qeyd olunur:

“Nəinki Azərbaycanda, hətta ölkədən kənarda olan şəxslərdən, bloqerlərdən məlumat toplamağa çalışır, onların fəaliyyətini izləyir, hətta onlarla əlaqəlidir. Həmin şəxs kifayət qədər radikal və gələcəkdə Azərbaycanda hər hansı bir terror-təxribat aksiyasını törətməyi də planlayırdı. Belə şəraitdən, bizim məlumatsız vətəndaşlarımızın mövqeyindən istifadə edərək lazımi informasiyanı toplayır”.

...Qarşı tərəf danışıqların birində israrla videogörüntü qurmaq tələb etdi...

Həmçinin bildirilir ki, onlar öz təsəvvürlərində düşünürdülər ki, bu cəhdlər alınırdı. Amma reallıqda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan nəzarət və keçirilən müvafiq tədbirlər bu həmlənin qarşısını alır və gələcəkdə də almaq niyyətindədir. 
Qeyd edək ki, film fevralın 24-də saat 20:30-da İctimai TV-nin efirində yayımlanacaq. 

Daha ətraflı filmin anonsu ilə bağlı hazırlanmış süjetdə tanış ola bilərsiniz:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO