Fazil Mustafa Xədicə İsmayılı müdafiə edir? - Açıqlama

Fazil Mustafa Xədicə İsmayılı müdafiə edir? - Açıqlama

Hazırda oxunan: Fazil Mustafa Xədicə İsmayılı müdafiə edir? - Açıqlama

121609
Milli Məclisin deputatı Fazil Mustafa ictimai-siyasi həyatda baş verən hadisələrlə bağlı daim fikirlər səsləndirir, müsahibələr verir. Deputatın həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılı müdafiə etməməsi isə bəzi müxalif dairələrin qınağına səbəb olub.xa0

Məsələ ilə bağlı açıqlama verən Fazil Mustafa bildirib ki, o, iki həftə əvvəl “Yeni musava”x9d qəzetinə müsahibəsində Xədicə İsmayılın azadlığa buraxılması barədə danışıb.

“Müsahibədə Xədicə İsmayılın, Fuad Qəhrəmanlının, Nemət Pənahlının və digərlərinin adlarını çəkmişəm. Necə ad çəkməmişəm? İnsanlar sadəcə xəstədilər, elə bilirlər obyektiv düşüncə yoxdur. Çıxışlar edirik, tənqidi fikirlər səsləndiririk, fikirlərimizi bildiririk. Həmin xəstələrdən soruşsan ki, Fazil Mustafa nə deyib? Cavab verəcəklər ki, “yox elə höküməti dəstəkləyir”x9d. Xəstədilər, nə oxuyurlar, nə də baxırlar”x9d.

Bununla bağlı hər an danışa biləyəciyini vurğulayan deputat bildirib ki, mövzu açılanda həmin şəxslərin azadlığa çıxmasını daim səsləndirir.

“Bütün Avropa Şurasının təsdiqlədiyi, qəbul etdiyi siyahı üzrə insanlar azad edilməlidir. Bunlar ortadan qalxsa, hər halda Azərbaycanın üzərinə bu qədər təzyiq də olmaz”x9d.(Modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO