Fevralın 18-də Xudat və Xaçmaz şəhərlərindən Türkiyəyə zəlzələdən zərər çəkən insanlara kömək məqsədi ilə yola düşən humanitar yardımla dolu 3 TIR artıq qardaş ölkədədir.
Xaçmazlı ictimai fəal Osman İmamovun Bizim.Media-ya verdiyi məlumata görə, unla yüklənmiş 2 yük maşını və 100 odun sobası, 2 generator və digər zəruri mallarla dolu 1 yük maşını artıq Malatya şəhərinə çatıb.
Məlumata görə, yüklərin boşaldılmasına başlanılıb. Yükü boşaldan türkiyəlilər Azərbaycan dövlətinə, azərbaycanlı bacı-qardaşlarına bu çətin günlərində yanlarında olduqları üçün minnətdarlıqlarını bildiriblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.