“Bir adam 75 yaşında özünü təsdiq edə bilməyibsə...”x9d

“Bir adam 75 yaşında özünü təsdiq edə bilməyibsə...”x9d

Hazırda oxunan: “Bir adam 75 yaşında özünü təsdiq edə bilməyibsə...”x9d

121580
“Elə müəlliflər var ki, özüm onlara zəng vurub yazı istəyirəm. Mənim üçün önəmli olan mətndir”x9d. xa0

Bunu Moderator.azxa0- a açıqlamasında “Ədəbiyyat qəzeti”x9dnin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, araşdırmaçı Azər Turan bildirib.xa0

Qeyd edək ki, qocaman yazıçı Allahverdi Eminov baş redaktoru onun yazılarına etinasızlıq göstərməkdə, daha çox gənc müəlliflərə və Elmlər Akademiyasında çalışanlara meydan verdiyinə görə suçlamışdı.

Azər Turan isə son nömrənin timsalında bu iddianın o qədər də doğru olmadığını əsaslandırıb:

“Ədəbiyyat qəzeti”x9dndə Akademiya əməkdaşlarından daha çox iki müəllifin ”“ Elnarə Akimova və Mətanət Vahidin yazıları dərc olunur. Onlar isə akademiyanın məhz Ədəbiyyat İnstitunun əməkdaşları və eyni zamanda, Yazıçılar Birliyinin üzvüdürlər. Hətta bunlardan birincisi Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının da üzvüdür. Həm də bu müəlliflərin yazıları, bütün ədəbi camiamızın da bildiyi kimi, çağdaş ədəbi dəyərlər səviyyəsində və ən aktual mövzularda qələmə alınır. xa0Redaksiyamıza gələn oxucu məktubları və çoxsaylı müraciətlər də sübut edir ki, onların yazıları maraqla qarşılanır və belə müəlliflərin yazılarına daha çox ehtiyac duyulur. xa0Qəzetin daimi müəlliflərindən biri də Akademiyanın müxbir üzvü, millət vəkili Nizami Cəfərovdur. Amma Allahverdi müəllim elə danışır ki, sanki qəzet bütövlükdə akademiya əməkdaşlarının yazılarını dərc etməklə məşğuldur. xa0Elə son nömrəyə baxaq: Burada Çingiz Əlioğlu, Rüstəm Kamal, Dilsuz, İradə Musayeva, Günel Eyvazlı, Kənan Hacı, Mirmehdi Ağaoğlu, Cavi Dan, Barat Vüsalın yazılarıdır. Yaxud əvvəlki saylarımıza nəzər salın: Nəriman Həsənzadə, Fikrət Qoca, Fikrət Sadıq, Söhrab Tahir, Musa Yaqub, Ramiz Rövşən, Vaqif Bayatlı, Məti Osmanoğlu, Ziyadxan Əliyev, Nəriman Qasımoğlu, Aydın Talıbzadə, Abid Tahirli, Əlisəmid, Cəlal Bəydili, Orxan Fikrətoğlu, Mübariz Cəfərli, Əyyub Qiyas, Fərid Hüseyn, Cavid Zeynallı və başqalarının yazılarını görəcəksiniz. Adları çəkilənlərdən isə heç biri akademiyanın əməkdaşı deyil. Buradakı materialların 70 faizi bədii, yerdə qalanı isə elmi-araşdırma və ədəbi tənqidi materiallardı. Bu sırada, dünya ədəbiyyatından da yetərincə tərcümələr dərc edirik. Gənclərə gəlincə, Gəncədən tutmuş Naxçıvana qədər, Şəmkirdən Lənkərana qədər, Tiflisdən başalmış Dərbəndə qədər Azərbaycan ədəbi gəncliynə meydan vermişik. Çox istərdik ki, Allahverdi müəllim kimlərin yazısını dərc etməyimiz barədə deyil, təqdim olunan mətnlərin elmi-bədii səviyyəsi barədə fikirlərini bildirəydi. Allahverdi müəllim bu qəzetin müəlliflərindən biri olmaq istəyirsə, çağdaş ədəbi dəyərlərə cavab verən yazılarla bizə müraciət etsin. xa0Biz onun Musa Yaqub barədə iri həcmli yazısını çap etmədik. Ona görə ki, həmin məqalədə Allahverdi Eminovun sərgilədiyi elmi-nəzəri səviyyə Musa Yaqub poeziyasını incələmək həddində deyildi və heç bir təhlili maraq doğurmurdu. xa0Sizin sayta verdiyi müsahibəsinin anonsunda oxudum. Deyir: “Gərək, Anara ərizə yazam ki, vəziyyət düzəlsin?”x9d Bəlkə də yadından çıxıb, elə isə xatırlatmaq istəyirəm. O, belə bir şikayətlə Yazıçılar Birliyinə çoxdan xa0- mən qəzetə baş redaktor təyin olunduğum ilk günlərdə müraciət edib. O zaman nə üçün şikayət etdiyinin səbəbini anlaya bilməmişdim. xa0Mən xa0Allahverdi Eminovu bir yazıçı olaraq deyil, bir pedaqoq kimi tanıyıram. Əgər bir adam 75 yaşında özünü bir yazıçı olaraq təsdiq edə bilməyibsə günahı bizdə aramasın”x9d.

Elmin NURİ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO