Prokurorluqdan vətəndaşın işinin qeyri-obyektiv araşdırılması ilə bağlı iddialara MÜNASİBƏT

Prokurorluqdan vətəndaşın işinin qeyri-obyektiv araşdırılması ilə bağlı iddialara MÜNASİBƏT

Hazırda oxunan: Prokurorluqdan vətəndaşın işinin qeyri-obyektiv araşdırılması ilə bağlı iddialara MÜNASİBƏT

121544

Prokurorluq vətəndaşın işinin qeyri-obyektiv araşdırılması ilə bağlı iddialara münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən vətəndaş Samir Abbaslının pulunun ələ keçirilməsinə dair qeyri-obyektiv araşdırma aparılması ilə bağlı məlumatlar paylaşılıb.

Bununla bağlı bildiririk ki, Samir Abbaslı (sifarişçi) mülkiyyətində olan mənzildə təmir işlərinin aparılması üçün Ruslan Nəbiyevlə (podratçı) podrat müqaviləsi bağlayaraq 15 min 500 manat pul ödəmiş, lakin podratçı mənzildə təmir işlərini tamamlamadığına görə barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir.

Araşdırma zamanı Samir Abbaslının müraciətinin mülki xarakterli olması müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə şikayət etmək hüququ izah olunmuşdur.
Bundan başqa, eyni fakt üzrə Göyçay rayon məhkəməsində mülki işə baxılmış, vurulmuş ziyanla bağlı ümumilikdə 15 min 500 manat pulun Ruslan Nəbiyev tərəfindən geri qaytarılması barədə qətnamə qəbul edilmişdir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO