“110,4 km uzunluğa malik Horadiz-Ağbənd dəmir yolunda Azərbaycanın ən uzun dəmiryol körpülərindən biri inşa ediləcək”.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin tikintiyə nəzarət şöbəsinin rəisi Tural Abbaslı Horadiz-Ağbənd dəmir yolunun tikintisinə həsr olunmuş mediaturda deyib.
O bildirib ki, körpü Həkəri çayının üzərində 64,549 metr enində inşa ediləcək:
"Onun uzunluğu 418 metr təşkil edəcək və bu, Azərbaycanın ən uzun dəmiryol körpülərindən biri olacaq".
Qeyd edək ki, bu dəmir yolunun tikintisi 13 mart 2021-ci il tarixində başladılıb. Onun uzunluğu 110,4 km təşkil edir.
Layihəyə əsasən, doqquz stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd) inşası nəzərdə tutulub. Yolda, həmçinin, 469 mühəndis qurğusu, o cümlədən, 41 körpü, 22 avtomobil keçidi, üç tunel və digər qurğular inşa olunacaq. Tikinti üç mərhələdə tamamlanacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:06 / 20.02.2023
Horadiz-Ağbənd yolunda ən uzun dəmiryol körpüsü İNŞA EDİLƏCƏK
Hazırda oxunan: Horadiz-Ağbənd yolunda ən uzun dəmiryol körpüsü İNŞA EDİLƏCƏK
Hazırda oxunan: Horadiz-Ağbənd yolunda ən uzun dəmiryol körpüsü İNŞA EDİLƏCƏK
121542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.