Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus "MİDA" MMC Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 2 lotdan ibarət açıq tender elan edib.
Bizim.Media xəbər verir ki, hər lotda iştirak haqqı 1 200 manat təşkil edir.
İddiaçılar ilkin sənədləri aprelin 3-ü, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə aprelin 13-ü, saat 17:00-a qədər qurumun Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə aprelin 14-ü, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:16 / 20.02.2023
"MİDA" Cəbrayılda yeni çoxmənzilli bina TİKDİRƏCƏK
Hazırda oxunan: "MİDA" Cəbrayılda yeni çoxmənzilli bina TİKDİRƏCƏK
Hazırda oxunan: "MİDA" Cəbrayılda yeni çoxmənzilli bina TİKDİRƏCƏK
121466
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.