Zaqatalada müəllimlərin yeni direktordan narazılığının səbəbi BƏLLİ OLDU – DETALLAR/FOTO

Zaqatalada müəllimlərin yeni direktordan narazılığının səbəbi BƏLLİ OLDU – DETALLAR/FOTO

Hazırda oxunan: Zaqatalada müəllimlərin yeni direktordan narazılığının səbəbi BƏLLİ OLDU – DETALLAR/FOTO

121460

Bu gün səhər saatlarından Zaqatala şəhər Şıxali Qurbanov adına 3 nömrəli tam orta məktəbin qarşısında etiraz aksiyası keçirilir.

Bizim.Media-nın yerli bürosu bildirir ki, valideyn komitəsi və müəllimlərin iştirakı ilə keçirilən aksiyada əsas məqsəd üç gün əvvəl məktəbə təyin edilən yeni direktor Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsi ilə bağlıdır. 

Əldə etdiyimiz məlumata əsasən, yeni direktor bundan əvvəl Aşağı Tala kəndində fəaliyyət göstərən şəhid Valeh Bədəlov adına tam orta məktəbə rəhbərlik edib. 

Adının çəkilməsini istəməyən kollektiv üzvlərindən birinin dediyinə görə, vəzifəyə yenicə təyin edilməsinə baxmayaraq Məhnurə İsmayılova kollektivdə yeni qaydalar tətbiq etməyə başlayıb ki, bu da valideyn komitəsi tərəfindən narazılıqla qarşılanıb. 

Bu səbəbdən səhərdən dərslərə ara verilib. Valideynlər də komitə üzvlərinə dəstək üçün onlara qoşulub. Hazırda rayon təhsil sektorunun nümayəndələri valideyn komitə üzvləri ilə fikir mübadiləsi aparır. 
Yaxın vaxtlarda Şəki-Zaqatala regional təhsil idarəsi rəhbərliyinin də valideyn və müəllim kollektivi ilə görüşəcəyi bildirilir. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO