Dövlət Qoruğunda HƏBSLƏR 

Dövlət Qoruğunda HƏBSLƏR 

Hazırda oxunan: Dövlət Qoruğunda HƏBSLƏR 

121407

Dövlət Təbiət Qoruğu ərazisində qanunsuz ova cəhd edənlər saxlanılıb.

Zaqatala Dövlət Təbiət Qoruğu ərazisində ov etmək qanunla qadağan edilməsinə baxmayaraq, hələ də bəziləri bunu bilməzlikdən gəlir. 

Bizim.Media-nın yerli bürosu Zaqatala Dövlət Təbiət Qoruğu idarəsinə istinadən bildirir ki, qoruq ərazisi Böyük Qafqazın cənub yamaclarında yerləşən Qax, Zaqatala və Balakən rayonlarının ərazisində yerləşir. 

Qoruq ərazisi xüsusi mühafizə zonası hesab edildiyindən ciddi mühafizə olunur. Bu günlərdə qoruğun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ərazidə ova cəhd edən şəxslər aşkarlanaraq saxlanılıb.
Araşdırma zamanı brokonyerlərin Balakən rayon sakinləri Şamil Mustafayev və Eldar Əliqayev olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxslər barəsində sənədlər toplanaraq rayon prokurorluğuna göndərilib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO