Bakı şəhərində sıxlıq olan yollar açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Mənbə yazır ki, aşağıdakı yollarda sıxlıq müşahidə edilir:
1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. "20 Yanvar" dairəsində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
7. Babək prospekti, mərkəz istiqamətində;
8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
10. 28 May və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
12. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
14. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
15. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 nömrəli məktəb istiqamətində sıxlıq müşahidə olunur.
Bizim.Media