Göyçayda 4 otaqlı yaşayış evi yandı

Göyçayda 4 otaqlı yaşayış evi yandı

Hazırda oxunan: Göyçayda 4 otaqlı yaşayış evi yandı

121396

Göyçay rayonunda 4 otaqlı fərdi yaşayış evi yanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Ləkçiplaq kəndində qeydə alınıb.

Belə ki, yanğın kənd sakini, 1942-ci il təvəllüdlü Usubov Ariz Əli oğluna məxsus ümumi sahəsi 250 kvadratmetr olan 4 otaqlı evdə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin bir hissəsi yanıb, alovun qarşısı alınıb, xəsarət alan olmayıb.  
Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Fakt araşdırılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO