Azərbaycanda nazir müavininin qabırğası çatladı - FOTO

Azərbaycanda nazir müavininin qabırğası çatladı - FOTO

Hazırda oxunan: Azərbaycanda nazir müavininin qabırğası çatladı - FOTO

12138

Xəbər verildiyi kimi, Gənclər və İdman Nazirinin müavini, Ağır Atletika Federasiyasının I vitse-prezidenti İsmayıl İsmayılovun səhhətində problem yaranıb və paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.

Bizim.Media informasiyanın doğruluğunu yoxlamaq üçün qurumun mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb.

O, informasiyanı təsdiq edərək bildirib ki, İsmayıl müəllim işdən çıxanda yıxılıb, qabırğası çatlayıb və ilk həkim müdaxiləsi alıb:

“İndi səhhəti normaldır və ev şəraitində müalicəsini davam etdirir”.

Qeyd edək ki, İsmayıl İsmayılov 2006-cı ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini vəzifəsində çalışır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO