DİN-dən Sabirabaddakı pambıq qəbulu məntəqəsindəki yanğınla bağlı AÇIQLAMA - FOTO

DİN-dən Sabirabaddakı pambıq qəbulu məntəqəsindəki yanğınla bağlı AÇIQLAMA - FOTO

Hazırda oxunan: DİN-dən Sabirabaddakı pambıq qəbulu məntəqəsindəki yanğınla bağlı AÇIQLAMA - FOTO

121374

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda pambıq qəbulu məntəqəsində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, bu gün saat 18 radələrində Sabirabad Rayon Polis Şöbəsinə rayonun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Hadisə yerinə dərhal RPŞ-nin və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunublar.

Hazırda şöbə əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilir.

Yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO