Azərbaycandan Türkiyəyə göndərilən növbəti humanitar yardım Kahramanmaraşa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Tvitter hesabında yazıb.
Səfir qeyd edib ki, humanitar yardıma Azərbaycanın müxtəlif şəhərlərindən göndərilən 14 yaşayış konteyneri və 3 portativ tualet daxildir.
Ötən gün Azərbaycan XİN-in yaydığı məlumata görə, fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycan Türkiyəyə 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 zəruri ləvazimatlar və məhsullar, 302 034 isti geyim, 12 505 ədəd qızdırıcı və texniki avadanlıq, 693 756 ədəd dərman və tibb ləvazimatlar göndərilib.
Bundan başqa, Azərbaycan qardaş ölkəyə kömək üçün 21 367 000 AZN maddi yardım ayırıb.
Eyni zamanda, təcili tibbi yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və rəsmi axtarış-xilasetmə maşınlarının pulsuz yanacaqla təmin edilib.
Humanitar yardım Türkiyəyə 15 təyyarə və 350 yük avtomobili vasitəsilə çatdırılıb
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Bizim.Media
#SeninleyikTürkiye diyerek tek yürek olan kardeş Azerbaycan’ın farklı şehirlerinden Valilikler (İcra Başcılığı) tarafından @gardaskomeyi Platformu aracılığı ile gönderilen 14 yasam konteyneri + 3 portatif wc Kahramanmaraş’ımıza ulaşmıştır.
— Cahit Bağcı (@cahitbagci) February 19, 2023
????? @R_Eynaddinoglu @AzEmbassyTurkey pic.twitter.com/zuClfYfWAp