Qəbələdə gənclərə bu qədim sənətin sirləri öyrədilir - FOTO

Qəbələdə gənclərə bu qədim sənətin sirləri öyrədilir - FOTO

Hazırda oxunan: Qəbələdə gənclərə bu qədim sənətin sirləri öyrədilir - FOTO

121317

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə bir qrup yeniyetmə və gənc Peşə Təhsil Mərkəzində "Danışan ilmələr" adlı layihəyə cəlb edilib. 

Rayon Tarix-Diyarşünaslıq Muzeyindən Bizim.Media-ya verilən məlumata əsasən, belə görüş və layihələrin icrasında başlıca məqsəd Azərbaycan xalq sənəti olan qədim tarixə malik, zəngin irsi özündə əks etdirən xalçaçılıq haqqında geniş məlumatların gənclərə çatdırmaqdan və onlarda bu sahəyə maraq yaratmaqdan ibarətdir. 

Muzeyin əməkdaşları tərəfindən Azərbaycan xalçalarının qədim tarixi, bədii xüsusiyyəti, inkişaf dövrü, dövlət tərəfindən "Azərxalça" İstehsalat Birliyinin yaradılması və fəaliyyət istiqamətləri, eləcə də Azərbaycan xalçalarının dünya mədəniyyətinə təsiri, xarici ölkələrdə Azərbaycan xalçalarına böyük marağın olması və qədim xalq sənətinin nümunələrinin dünya muzeylərində sərgilənməsi barədə ətraflı məlumat verilib. 
Eyni zamanda  Tarix-Diyarşünaslıq Muzeyinin fondunda mühafizə edilən xalça məmulatlarından ibarət tanıtım xarakterli videomateriala baxış keçirilib.

Sonda tədbir iştirakçıları Peşə Təhsil Mərkəzinin xalçaçılıq bölməsində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgi və iş metodu ilə tanış olublar. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO