Şəkidə su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq - FOTO 

Şəkidə su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq - FOTO 

Hazırda oxunan: Şəkidə su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq - FOTO 

121247

Şəkidəki Heydər Əliyev Mərkəzində şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində 2023-cü ildə göruləcək işlərin təqdimatı keçirilib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən təqdimatda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tikilməkdə olan obyektlərin müdiriyyətinin direktor müavini İlham Quliyev, “Azərsu” ASC-nin və Şəki şəhər icra hakimiyyətinin məsul şəxsləri, podratçı təşkilatın nümayəndələri, mütəxəssislər iştirak edib.

Təqdimat zamanı “Azərsu” ASC-nin nümayəndəsi çıxış edərək Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər, həmçinin 2023-cü ildə ayrılmış maliyyə vəsaitinə uyğun həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verib.
Şəki şəhər icra hakimiyyətinin nümayəndəsi çıxış edərək layihə ilə bağlı təkliflər verib, ilk növbədə yarımçıq işlərin yekunlaşmasının vacibliyini vurğulayıb. Şəhərin Baş Plana uyğun olaraq genişlənəcəyinin layihədə nəzərə alınmasını diqqətə çatdırıb.

Bununla yanaşı, bəzi kəndlərin su təchizatının yaxşılaşdırılması üçün “Azərsu” ASC tərəfindən dəstək göstərilməsini xahiş edib.

Sonda “Azərsu”nun nümayəndəsi səslənən fikir və təkliflərə öz münasibətini bildirib və qaldırılan məsələlərlə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO