Gəncədə iki maşın toqquşub – Yaralılar var - FOTO 

Gəncədə iki maşın toqquşub – Yaralılar var - FOTO 

Hazırda oxunan: Gəncədə iki maşın toqquşub – Yaralılar var - FOTO 

121223

Bakı-Qazax avtomagistralının Gəncə şəhərinə girəcəyində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Gəncə qapıları adlanan ərazısındə “Prado” markalı avtomobillə “Opel” markalı maşın toqquşub. 

Şahidlərin sözlərinə görə, “Opel” markalı avtomobilin sürücüsü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO