Zəngəzur dəhlizinin inşasında SON VƏZİYYƏT - FOTO

Zəngəzur dəhlizinin inşasında SON VƏZİYYƏT - FOTO

Hazırda oxunan: Zəngəzur dəhlizinin inşasında SON VƏZİYYƏT - FOTO

121187

"Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli İşçi Qrupu tərəfindən Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməklə açılması istiqamətində işlər davam etdirilir”.

Bizim.Media xəbər verir ki, bunu Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, 2022-ci ilin avqust ayında Laçın şəhərinə daxil olmadan, yeni alternativ avtomobil yolunun tikintisi (32 km, 2-3 hərəkət zolaqlı, 10 kilometr hissə Ermənistan ərazisində özləri tərəfindən tikilməlidir) başa çatıb: 

"Azərbaycan tərəfi yeni tikilmiş yoldan ermənilərin istifadə etmələri məqsədilə sərhəddə Həkəri çayı üzərində yeni tikilmiş körpüdən keçməklə Ermənistan ərazisində 5,4 kilometr uzunluğunda yeni avtomobil yolu da tikərək istifadəyə verib”.

Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO