Qalıq vəsaitlər yoxsul təbəqəyə verilsə, Fond müflisləşər – Ekspert detalları AÇIQLADI 

Qalıq vəsaitlər yoxsul təbəqəyə verilsə, Fond müflisləşər – Ekspert detalları AÇIQLADI 

Hazırda oxunan: Qalıq vəsaitlər yoxsul təbəqəyə verilsə, Fond müflisləşər – Ekspert detalları AÇIQLADI 

121177

Milli Məclisin son plenar iclasında deputat Qüdrət Həsənquliyev İşsizlikdən Sığorta Fonduna investisiya qoyma hüququnun verilməsinə etirazını bildirib: 

“İşsizlikdən Sığorta Fondunun artıq vəsaitlərinin investisiya kimi qoyulmasını doğru hesab etmirəm. Həmin pulların əhalinin yoxsul təbəqəsinə verilməsi daha doğrudur. Biz, “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik etməklə dövət büdcəsi hesabına formalaşdırılan quruma investisiya yatırmaq hüququ veririk. Bu, Konstitusiya ilə ziddiyyət təşkil edir. Bu kommersiya hüququnun verilməsi deməkdir. Bu vəsaitələrdən investisiya kimi istifadə olunması biznes riski yaradır. Bəs, həmin investisiya batsa, nə olacaq?”. 

Bizim.Media-ya açıqlamasında sığorta eksperti İlkin İbrahimov işsizlikdən Sığorta Fondunun artıq vəsaitlərinin yoxsul təbəqəyə verilməsi təklifinin doğru yanaşma olmadığını bildirib: 

“İşsizlikdən Sığorta Fonduna yığılan məbləğin bir qismi işsizliyin aradan qaldırılması istiqamətində görülən tədbirlərə yönəlir. Yerdə qalan vəsaitin Fondda qalması və sonradan daha az riskli investisiyalara sərf edilməsi daha məqbul variantdır. Nəinki həmin vəsaitin əhalinin yoxsul təbəqəsinə verilməsi. Çünki investisiyaların yatırılması ilə gələcəkdə divident gəlir ki, bunun da nəticəsində Fondun maliyyə vəziyyəti daha da yaxşılaşa bilər. 

Yoxsul təbəqələrə vəsaitin verilməsi məsələsinə Dövlət Sosial Müdafiə Fondu baxır. Amma sırf işsizliklə bağlı məsələdə qanun oradakı vəsaitlərin yoxsul təbəqələrə verilməsinə imkan vermir.

Ondan yalnız investisiya kimi istifadə etmək olar ki, bu da fondun gəlirlərinin artması baxımından vacib məqamdır. Həmin vəsaitlər investisiyaya yönəlməyib, yoxsul təbəqəyə verildiyi halda, bu vəziyyət Fondun müflisləşməsinə gətirib çıxara bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO