Azərbaycana gətirilən dərmanların tərkibi dəyişdirilir? – İDDİA

Azərbaycana gətirilən dərmanların tərkibi dəyişdirilir? – İDDİA

Hazırda oxunan: Azərbaycana gətirilən dərmanların tərkibi dəyişdirilir? – İDDİA

12116

Milli Məclisin son sessiyasında millət vəkili Nigar Arpadarai maraqlı mövzu ətrafında müzakirə aparıb.

Bizim.Media xəbər verir ki, o, çıxışı zamanı qanun layihəsində göstərilən narkotik tərkibli dərmanların siyahısında bir çoxunun tərkibinə görə, digər qisminin isə marketinq adına görə qeyd olunduğunu bildirib.

Millət vəkili bu cür halların bir çox problem yarada biləcəyini də vurğulayıb:

 

MÖVZU İLƏ BAĞLI:

“Dərman alverçiləri açıq-aydın maxinasiya ilə məşğuldur” - FARMOKOLOQ


“Məsələn 157-ci sırada Mikrokvalon adı göstərilib. Mikrokvalonun adı Nubaren və Kasven kimi də tanınır. Bunu adicə “Google” araşdırması aparanda da müəyyən etmək olur. Məsələn bir vətəndaş əlində Mikrokvalonla tutulursa o, məsuliyyətə cəlb olunur, ancaq  Nubarenlə tutulana qarşı heç bir qeyri-qanunsuzluq olnmur”.

 

Deputat qeyd edib ki, psixotrop dərmanlarının mütləq brend adlarının qarşısında onların tərkib hissəsi də qeyd olunmalıdır. Bundan başqa o, bildirib ki, bəzi dərman preparatları var ki, bir-sıra ölkələrdə qadağa deyil.


“Məsələn Veloron preparatı Almaniyada qadağan deyil. Bir vətəndaş oradan o preparatı alır və gəlir Azərbaycana bu qanun ona şamil olunurmu?  Bu qanunda dəqiqliyin olması çox vacibdir”.

Deputat qanun layihəsində narkotik dərmanların adlarına görə deyil, tərkibinə uyğun göstərilməsini də təklif edib.

Nigar Arpadarainin də çıxışından bəlli olur ki, dərman preparatlarını ölkəyə gətirilməsində, qiymət tənzimlənməsində qanunda bir boşluq var. Burada vəziyyət neçə illərdir tənzimlənmir.

Bu problemdən başqa Azərbaycanda  dərmanların keyfiyyəti ilə bağlı durum aktual olaraq qalır. Azərbaycanda xəstələrin şikayəti dərmanların çox keyfiyyətsiz olmasındandır. 

 

Araşdırmamız zamanı bəlli olub ki, eyni xəstəlikdən müalicə alan xəstə xarici ölkədə 3-4 həftəyə öz sağlamlığına qovuşsa da Azərbaycanda bu aylarla, hətta bəzi hallarda illərə qədər də uzana bilir.


Mütəxəssislərin fikirincə, bu dərman preparatının ucuz alınması üçün dərman sifariş verən şirkətlərin növbəti qara işlərinin bəhrəsidir. Belə ki, onlar dərmanın maya qiymətinin ucuz alınması üçün onun tərkibinə daxil edilən bəzi maddələrin həmin tərkibə qatılmamasını istəyirlər. Beləliklə də ortaya eyni brend adı altında, tərkibinə görə isə aşağı keyfiyyətsiz preparatlar çıxır. 

Məsələ ilə bağlı bir çox dərman biznesi ilə məşğul olan şirkətlərə üz tutsaq da yönləndirdiyimiz suallar cavabsiz qaldı. 

Bu haqda yazıb pozanların nə ilki, nə də sonuncusuyuq. Apteklərdə satılan dərmanların keyfiyyətsiz olmasından nəinki vətəndaşlar, hətta həkimlər də narazılıq bildirirlər. İndi vətəndaşları bir sual düşündürür.

Niyə Türkiyədən, Gürsüstandan və ya Rusiyadan alınan dərmanlarla, Azərbaycanda əldə olunan həblərdən bu qədər fərqlənir? Əgər işbazların “əppəyə” and içmələrinə inansaq, onlar daha çox pul qazamaq üçün dərmanların tərkibi ilə oynamırlar. 

Lakin bəzi eksertlərin fikrincə heç bir şirkət öz brendinə hansısa sifarişçinin istəyi ilə xələl gətirmək istəməz. Onlar dəmanların keyfiyyətsiz olmasını inkişaf etmiş ölkələrdən deyil, daha ucuz olsun deyə, digər ölkələrdən alınması ilə əlaqələndirirlər.

 

Məsələn Avropan maya qiyməti 30 manata olan dərmanı Azərbaycan gətirəndə, yol pulu, gömrük və digərc xərcləri də mənim kasıb riyaziyyatımla hesablasaq təxminən 50-55 manata aptekərdən əldə etmək olacaq. Bu da əhalinin çox hissəsini qane etməyəcək, onlar daha ucuzlu yollar axtaracaq. 


Araşdırmadan da məlum olduğu kimi, hər bir problem zəncir kimi bir-birinə bağlıdır. Nəticədə yenə eyni nöqtədən, həmin nöqtəyə doğru yola çıxırıq.

Sonda bunu da qeyd etmək lazımdır ki, mövcud durumun yaranma səbəblərindən birinin də dərman qiymətlərinin tənzimlənməməsi göstərilir.

Nə deyək, Allah hamıya şəfa versin!

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO