İsmayıllıda buz bağlayan yolda 7 avtomobil TOQQUŞDU – Yaralılar var 

İsmayıllıda buz bağlayan yolda 7 avtomobil TOQQUŞDU – Yaralılar var 

Hazırda oxunan: İsmayıllıda buz bağlayan yolda 7 avtomobil TOQQUŞDU – Yaralılar var 

121122

İsmayıllı rayonunda zəncirvari avtomobil qəzası olub.  

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu gün axşam saatlarında Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisindən keçən hissəsində yolun buz bağlaması səbəbindən 7 minik avtomobili - "Mercedes", "Opel", "Qazel", "Ford", "Toyota Prius", "Hyundai SantaFe" və "VAZ 2107" markalı minik avtomobilləri bir-birinə çırpılıb, bəzi nəqliyyat vasitələri yoldan çıxaraq çökək əraziyə aşıb.  

Məlumata görə, sürücülər Basqal ərazisində yolun buz bağlamasından xəbərsiz olduqları üçün qəflətən zəncirvari qəza baş verib.

Qəza səbəbindən yolda nəqliyyatın hərəkəti təxminən bir saat ərzində dayanıb, uzun məsafədə tıxac yaranıb, əraziyə gələn DYP əməkdaşları avtomobillərin hərəkətini bərpa edib.  

Hadisə zamanı xəsarət alan şəxslər, 1968-ci il təvəllüdlü Şükürov Zabil Müqabil oğlu, 1988-ci il təvəllüdlü İsrafilov Mövlud Qiyas oğlu təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.  

Faktla bağlı araşdırma aparılır.  

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO