Daha iki qazi fəlakət zonasında könüllü olaraq işə başlayıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Beyləqan rayon sakinləri olan iki nəfər qazi, Paşazadə Vüsal və Kərimov Ruslan Kahramanmaraş şəhərində aparılan axtarış-xilasetmə işlərinə cəlb edildiklərini bildiriblər.
Qeyd edək ki, Beyləqan rayonunda qazilər üzrə könüllü müraciət edənlərin sayının hər gün artması müşahidə olunur. Onlar xilasetmə işlərini aparan qurumlarla maraqlanırlar.
Qazilərin xilasetmə işlərinə qoşulduqlarını əks etdirən foto və videonu təqdim edirik:
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu