Tofiq Zülfüqarov: “Qarabağdakı ermənilərin məsələsini Azərbaycan həll edəcək, İrəvan yox, Araik bizə lazımdır

Tofiq Zülfüqarov: “Qarabağdakı ermənilərin məsələsini Azərbaycan həll edəcək, İrəvan yox, Araik bizə lazımdır"

Hazırda oxunan: Tofiq Zülfüqarov: “Qarabağdakı ermənilərin məsələsini Azərbaycan həll edəcək, İrəvan yox, Araik bizə lazımdır"

12109

“Müharibədən qabaq məqsəd o idi ki, işğal olunan ərazilərimizi azad edək və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzlərinin qalıqlarını Azərbaycan ərazisindən təmizləyək”

Bizim.Media xəbər verir ki, bunu eks Xarici İşlər Naziri Tofiq Zülfüqarov canlı debatların birində söyləyib. Əlavə edib ki, “ilk növbədə Ermənistan ordusu Azərbaycan ərazilərini tərk edib və tərk etməkdədir. 

 

MÖVZU İLƏ BAĞLI:

Zərdüşt Əlizadə Arutyunyanla görüşdən danışdı: “İnsani əlaqə qurulmalıdır”


"Mən belə başa düşürəm ki, indiki mərhələdə Azərbaycanın əsas tələbi və məqsədi ondan ibarətdir ki, Ermənistan ordusunun qalıqları Azərbaycan ərazisini tərk eləsin. Bununla yanaşı Ermənistanın rəsmiləri, vətəndaşları həmin əraziləri ziyarət edərkən bu, Bakının icazəsi əsasında həyata keçirilsin". 

"Təəssüflər olsun ki, indiyə qədər bu məsələlərin bəziləri çözülsə də, bir qismi həll olunmayıb".

"Sülhməramlıların nəzarətində olan ərazilərdə ikinci şərt tam formada təmin olunmayıb”.

 

İkinci şərt deyəndə Tofiq Zülfüqarov ermənilərin Qarabağa icazəsiz səfərlərini nəzərdə tutub. Sabiq nazir həll olunmayan məsələlər arasında ermənilərin terrorçuları əsir adlandırıb, geri istəməsini də göstərdi. Daha sonra Tofiq Zülfüqarov ictimaiyyətin qabartdığı digər mövzuya toxunub: 


“Yəni biz Mehri dəhlizi, sərhədboyu və təzminat kimi məsələləri Ermənistanla həll edə bilərik".

"Amma o ki qaldı Azərbaycan ərazisində yaşayan erməni əhalisinin məsələlərinə, Ermənistan bu məsələdə birmənalı olaraq iştirak edə bilməz. Yəni bu, Azərbaycanın daxili məsələsidir. Bu məsələni həll etmək üçün Azərbaycan tərəfi Rusiya ilə Türkiyənin tandeminin köməyinə razılıq verib".

"Erməni silahlılarını aradan götürmək üçün danışıqlar aparmağa məcburuq. Bizim siyahımız var ki, nə olmalıdır? Biz nəyi istəyirik. Belə görüşlərin əhəmiyyəti var. Məsələn Dağlıq Qarabağda kommunikasiyalar var, insanlar yaşayır. Onlara maaşı kim verir?"

"Ermənistan! Axı bu bizim ərazimizdir. Biz də demək istəyirik ki, maaş vermək, işlə təmin etmək və s. Azərbaycanın suveren hüquqlarıdır". 

"O ki qaldı Araiklə görüşə, mən də razıyam ki, cinayətkarla görüşmək olmaz, amma bu görüşlə hansısa itkilərin, problemlərin qarşısını ala bilsək, Araiklə görüşə getməliyik". 

"Köçəryan canidir, Serj Sarqsyan özü etiraf edib ki, Xocalı qətliamında iştirak edib. Onlarla hamı görüşüb. Elə Köçəryanla Cenevrədə mən üzbəüz oturmuşam. Onların dırnaqarası XİN rəhbərləri ilə Minsk qrupu çərçivəsində gündə 8-9 saat danışıqlar aparırdım". 

"Ona qalsa Şimali İrlandiya fəalları ingilis əsgərləri öldürürdü, terror aktları təşkil edirdilər. Lakin Böyük Britaniya gedib, onlarla danışıqlar aparırdı". 

"Bu prosesdə mövqelərimiz güclüdür. Bizə nə lazımdır?"

 

"Kəlbəcərdə infrastruktur yaratmalıyıq. Çünki hər dəfə maşınların gediş-gəlişini təşkil etmək mürəkkəb işdir. Oranın kommunikasiya, işıq və qaz təchizatı məsələləri də vacib müzakirə mövzularındandır.”


Tofiq Zülfüqarov Araiklə görüşdə Ermənistanın təhlükəsizlik nazirinin də iştirakından danışıb.

Bildirib ki, bu görüşlər təhvil-təslim xarakterlidir. Araik orada “bələdçi” rolu oynayır. İtkisiz çox torpağın geri qaytarılmasını unudulmaz uğur adlandıran keçmiş XİN rəhbəri əlavə etdi ki, digər ərazilər üçün siyasi mübarizə aparılmalıdır. Bu siyasi mübarizəni aparmaq üçün isə bəhs olunan görüşlər keçirilməlidir. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO