Qadınların kişilərdə dəyər verdiyi 5 XÜSUSİYYƏT – Psixoloqdan AÇIQLAMA

Qadınların kişilərdə dəyər verdiyi 5 XÜSUSİYYƏT – Psixoloqdan AÇIQLAMA

Hazırda oxunan: Qadınların kişilərdə dəyər verdiyi 5 XÜSUSİYYƏT – Psixoloqdan AÇIQLAMA

121069

“Qadın dünyası sirlər aləmidir. Hər kəs ordan baş çıxara bilməz. Hər bir məsələyə qadınların yanaşması kişilərlə müqayisədə tam fərqlidir. O cümlədən də qadınların əks-cinsə olan münasibəti də tam fərlidir”.

Bunu Bizim.Media ilə söhbətində tanınmış psixoloq Gülnar Orucova deyib. O əlavə edib ki, qadınlar ciddi kişiləri xoşlayırlar:

“Amma qaraqabaq kişilərdən qaçırlar. Cünki, qaraqabaqlıq hələ ciddilik demək deyil. Bir sözlə qadınlar aşağıda dediyim 5 xüsusiyyəti özündə cəmləşdirən kişiləri çox tez yaxına buraxırlar: 

1. Qadınlar üzdə olan, populyar kişiləri daha çox önəm verirlər. Söhbət sırf peşə baxımından gedir. Yəni öz işinin ustası olan kişilər qadınlar üçün daha maraqlıdır. Peşəkar həkim, peşəkar mühəndis, idmançı və sair.

2. Qadınlar öz ayağı üstə duran kişilərə daha çox meyl edirlər. Bu gün o qədər imkanlı oğlanlar var ki, qadınlar onlardan qaçırlar. Çünki, həmin oğlanların xərclədiyi pul özlərinin deyil. Kiminsə puludur. Yəni həmin kişilər kimdənsə asılıdırlar. Qadınlarsa müstəqil olmayan kişilərdən qaçırlar.

3. Qadınlar şən kişiləri daha çox sevirlər. Qadınlar istəyirlər ki, yanlarındakı kişi onlara ancaq müsbət enerji ötürsün. Desin, gülsün. Ona görə deyirlər ki, qadınlar gözləri ilə deyil, qulaqları ilə sevirlər.

4. Qadınlar hədiyyə verməyi xoşlayan kişilərə daha çox can atırlar. Çünki, hər bir qadın kişidən maddi və mənəvi diqqət umur. Amma bunu dilə gətirə bilmir. Tez-tez verilən hədiyyələrsə qadının nəyisə dilə gətirməsinə yer qoymur.

5. Qadınlar özünəbaxan kişiləri yüksək qiymətləndirirlər. Qadınlar bəzən kişilərin sifətinə deyil, ayaqqabısına baxıb qiymət verirlər. Ayaqqabısı parpap yanan, şıx və səliqəli kişilərə qadınlar bayılırlar.

Doğrudur bu gün yanaşma bir az dəyişib. Pul ön plana keçib. Bununla belə özünə hörmət edən qadın yuxarıda sadaladığım 5 “qızıl qayda”ya əməl edən kişilərə sadəcə laqeyid qala bilmirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO