7 məsciddə QADIN MOLLALAR fəaliyyətə başlayacaq - SİYAHI

7 məsciddə QADIN MOLLALAR fəaliyyətə başlayacaq - SİYAHI

Hazırda oxunan: 7 məsciddə QADIN MOLLALAR fəaliyyətə başlayacaq - SİYAHI

121018

İslam dininə aid ibadət yerlərində qadın dini ayin icraçıları üçün ayrılan 7 vakant yer üçün 16 nəfər müsahibədən uğurla keçib. 

Qadınlar üçün ayrılan vakansiyalar Bakıda, Sumqayıtda, Lənkəranda, Şəkidə, Qubada, Zaqatalada və Gəncədə olan məscidlərdir.

Bizim.Media-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov söyləyib.

O qeyd edib ki, qadınlar üçün 7 vakansiya üzrə 71 namizədin sənədi qəbul edilib. Qaydalara uyğun olaraq, vakant vəzifələrə müsahibə bitdikdən sonra 30 iş günü ərzində təyinat aparılacaq

“Müsahibədən uğurla keçən, lakin təyinat almayan şəxslər isə ehtiyat kadr siyahısına əlavə olunacaq. Onlar iki il ərzində məscidlərə təyinat ala bilərlər”.

Qeyd edək ki, müsahibədən keçənlər Şəki şəhəri, “Mərkəzi Cümə” məscidi, Sumqayıt şəhəri, “Cümə” məscidi, Suraxanı rayonu, “Fatimeyi-Zəhra” məscidi, Gəncə şəhəri, Bala Bağman “Fatimeyi-Zəhra”, Quba şəhəri “Hacı Cəfər” məscidi və Zaqatala şəhəri “Cümə” məscidində olan vakansiyalar üçün sənəd veriblər.
Onlardan Şəki, Sumqayıt, Zaqatala və Suraxanıdakı vakansiyalara müsahibədən keçənlərin sayı birdən artıq olub.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO