“”Azərtac”ın jurnalisti Aygün Əliyeva bir müddət əvvəl intihar həddinə çatdığını və intihar edəcəyini yazdı. Mən onunla və həyat yoldaşı ilə əlaqə saxladım, xanım ağlayırdı və psixoloji sarsıntı keçirmişdi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev səsləndirib.
“Həmin jurnalist isə Operativ Qərargahın fəaliyyətini başqa adla tənqid edən yazı yazdığı üçün işdən azad edilib.
Aşağı instansiyalar onun şikayətini haqlı hesab etsə də, Ali Məhkəmə həmin qərarları qəbul etməyib. Məhkəmə sənədləri də göstərir ki, həmin qadın Prezidentə, dövlətçiliyimizə sadiqdir. Amma sırf başqa imza ilə Operativ Qərargahı tənqid etdiyi üçün onu vəzifədən azad ediblər. Düşünürəm ki, məhkəmə sistemində dəyişikliklərə ehtiyac var”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:16 / 17.02.2023
“Azərtac”ın müxbiri siyasi motivlərlə işdən çıxarılıb” - Qüdrət Həsənquliyevdən ETİRAZ
Hazırda oxunan: “Azərtac”ın müxbiri siyasi motivlərlə işdən çıxarılıb” - Qüdrət Həsənquliyevdən ETİRAZ
Hazırda oxunan: “Azərtac”ın müxbiri siyasi motivlərlə işdən çıxarılıb” - Qüdrət Həsənquliyevdən ETİRAZ
121013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.