“Xaricdə oturub dövlətimizi təhqir edənlər Azərbaycana təhvil verilməlidir” – Siyavuş Novruzov

“Xaricdə oturub dövlətimizi təhqir edənlər Azərbaycana təhvil verilməlidir” – Siyavuş Novruzov

Hazırda oxunan: “Xaricdə oturub dövlətimizi təhqir edənlər Azərbaycana təhvil verilməlidir” – Siyavuş Novruzov

120998

"Azərbaycana qarşı əks təbliğat aparan, həmçinin deputatlar barədə təhqiramiz fikirlər səsləndirən adamlar Azərbaycana təhvil verilməlidir". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov səsləndirib.

O, xaricdə yaşayan və Azərbaycan əleyhinə təbliğat aparan şəxslərin Ermənistan tərəfindən maliyyələşdirildiyini bildirib:

"Ermənistana qulluq edən, Azərbaycanın haqlı səsinə qara yaxan insanları biz azərbaycanlı hesab edə bilmərik. Onlar Şuşa-Xankəndi yolunda olan aksiya iştirakçılarına olmazın sözünü deyirlər. Eyni zamanda, antimilli ünsürlərə qarşı hüquq-mühafizə orqanları işini artırmalıdır.
Onlar indiyədək Ermənistan səfirliyinin qarşısında piket keçirməyiblər, Xocalı faciəsi ilə bağlı

səsimizi çatdırmayblar. Bu insanlara insan demək olmaz. Onların Azərbaycana qaytarılması, hüquq-mühafizə orqanları qarşısında cavab vermələri lazımdır. Hər kəs bilsin ki, Azərbaycan dövləti əleyhinə təbliğat vətənə xəyanətdir".

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO