Ağcabədi sakini sevgilisini otelin 6-cı mərtəbəsindən atdı - TƏFƏRRÜAT

Ağcabədi sakini sevgilisini otelin 6-cı mərtəbəsindən atdı - TƏFƏRRÜAT

Hazırda oxunan: Ağcabədi sakini sevgilisini otelin 6-cı mərtəbəsindən atdı - TƏFƏRRÜAT

120960

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə fevralın 16-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətinən məlumat veriib. 

Məlumatda qeyd olunur ki, araşdırmalarla həmin gün saat 19 radələrində rayon ərazisində yerləşən otellərin birində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Qənbərovun qeyri-rəsmi nikah münasibətində olduğu həmin qadını 6-cı mərtəbənin pəncərəsindən yerə atması müəyyən olunub.

Bildirilir ki, qadının 3-cü mərtəbədəki çardağın üzərinə düşməsi nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsinə əsaslı şübhələr müəyyən olunub. 

Adam öldürməyə cəhddə şübhəli bilinən Ş.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO