Qəzada ölənlərin kimliyi məlum oldu - ADLAR/FOTO

Qəzada ölənlərin kimliyi məlum oldu - ADLAR/FOTO

Hazırda oxunan: Qəzada ölənlərin kimliyi məlum oldu - ADLAR/FOTO

120937

Bu gün səhər saat 7:40 radələrində Siyəzən rayonunun Beşdam kəndi ərazisində baş verən qəzada həyatını itirən müəllimlərdən ikisinin  şəxsiyyəti  məlum olub.

Bizim.Media qəzada həyatını itirən şəxslərin kimliyini müəyyənləşdirib:

1. Aygün Eldar qızı İsmayılova - 35 yaşlı Aygün İsmayılova Zirə qəsəbəsində yaşayıb.

2. Aygün Vəliyeva - 39 yaşlı Aygün Vəliyeva Sumqayıt şəhərində yaşayıb.

Qəzada ölən 3-cü qadın isə 46 yaşlı Siyəzən şəhər sakini - Qənimət Əlisahib qızı Hümbətovadır.

*** 09:49

Siyəzəndə baş verən qəzada ölənlərin kimliyi məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Siyəzəndə baş verən qəzada ölən 3 qadın müəllim imiş.

Onlar Bakı və Sumqayıtdan şimal bölgəsinə işə gələn müəllimləri daşıyan "Mersedes Vita" markalı avtomaşında olublar.

"Mersedes Vita" “OPEL Astra” markalı avtomaşınla toqquşub. Qəzanın buzlu yolda sürüşmə nəticəsində baş verdiyi bildirilir.

*** 09:34

Siyəzən rayonunda baş vermiş ağır qəzada ölənlərin sayı 3-ə çatıb.

Siyəzən Müalicə Diaqnostika Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, Mərkəzin reanimasiya şəbəsində olan yaralı qadın orada vəfat edib. 

Daha iki yaralı da Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.


*** 08:50

Siyəzən rayonunun Beşdam kəndi ərazisində ağır yol qəzası qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Mersedes Vita" markalı avtomaşınla "Opel Astra" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb,7 nəfər xəsarət alıb.

Yaralılar Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

Ölən və yaralananların şəxsiyyəti hazırda dəqiqləşdirilir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO