Azərbaycanda yeni doğulan uşaqlara dollar hesabı açılacaq? – CAVAB

Azərbaycanda yeni doğulan uşaqlara dollar hesabı açılacaq? – CAVAB

Hazırda oxunan: Azərbaycanda yeni doğulan uşaqlara dollar hesabı açılacaq? – CAVAB

120869

Qazaxıstan 2024-cü ildən başlayaraq uşaqlar üçün kapital yığımı proqramını işə salacaq.

Proqramın şərtlərinə görə, uşağın doğulduğu anda dollarla hesabı olacaq. Bu hesab hər il Milli Fonddan maliyyələşdiriləcək, neft və digər xammal satışından əldə olunan dövlət gəlirləri ilə doldurulacaq.
Uşağın 18 yaşı tamam olduqdan sonra yığdığı vəsait mənzil və ya təhsilə xərclənə bilər.

Qeyd edək ki, belə bir sistem uzun illərdir Küveyt, BƏƏ və Qətərdə də mövcuddur.

Azərbaycanda da belə bir sistemin tətbiqi mümkündürmü?

Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli düşünür ki, Qazaxıstan variantını ölkəmizdə birinci deyil, ikinci və sonrakı uşaqlara tətbiq etmək olar. Başlıcası isə həmsöhbətimizə görə, bu vəsaiti 18 yaşa çatana qədər zamana yaymalıyıq ki, pulu həmən valideyinlər götürüb özlərinə xərcləməsin, uşaqlara qalsın:

“Qazaxıstanda kapital yığımı proqramının işə salınması ilə hər uşağın hesabına 18 yaşına çatanadək ayda 150 dollar köçürüləcək. Həmin vəsaitdən istifadə hüququ yalnız 18 yaş tamam olandan sonra yaranacaq. Bu o deməkdir ki, vəsaitin birdən-birə dövriyyəyə buraxılması nəzərdə tutulmur. Proses tədricən baş verəcək.

Ona görə ölkənin daxili makroinqtisadi göstəricilərinə ciddi basqı yaratmayacaq. Bu nöqteyi-nəzərdən doğru qərardır. Çünki vəsaitlərin birdən-birə dövriyyəyə buraxılması makroiqtisadi göstəricilərlə bağlı problemlər yarada bilər”.

Ekspert qeyd edir ki, Azərbaycanda da bu istiqamətdə dəfələrlə müzakirələr olub:

“Azərbaycan hökuməti 560 mindən yuxarı uşağa 7 proqram əsasında müxtəlif adlarla vəsait verir. Bu doğuş, çoxuşaqlı ailələr, əngəlli insanlar, sosial müavinətlərlə bağlı ödənişlərdən ibarətdir. Yəni hökumətin arqumenti odur ki, ölkəmizdə müxtəlif üsullarla uşaqlara dəstək göstərilir. Amma problem ondadır ki, proses müxtəlif formada olduğundan, vətəndaşların hamısına aid edilmir. Ona görə də prosesin bir düzən ətrafında tənzimlənməsinə ehtiyac vardır”.

Bütün sadalananlara əsasən N. Cəfərli Qazaxıstandakı sistemin bir qədər fərqli formada olmaq şərtilə ölkəmizdə də tətbiqini mümkün hesab edir:

“Qazaxıstan dünyada ərazi baxımdan böyük ölkədir. Əhalisi isə azdır. Ölkə ona görə də demoqrafik problemlərin həllində maraqlıdır ki, 2050-ci ilə qədər əhalinin sayını 50 milyona çatdırsınlar. Bu nöqtryi-nəzərdən Astananın yanaşması əsasən elə demoqrafik böhranın aradan qaldırılmasına yönəlib. Azərbaycanda 0-18 yaşlı 2,7 milyon uşaq var.

Onların hamısına eyni yanaşma ilə vəsaitin ayrılması isə əlavə yük yarada bilər. Ona görə də müəyyən dərəcədə zamana yaymaqla Qazaxıstan variantını ölkəmizdə də tətbiq etmək mümkündür. Məsələn, onu birinci deyil, ikinci və sonrakı uşaqlara tətbiq etmək olar ki, stimul yaransın.
Başlıcası isə həmin vəsaiti 18 yaşa çatana qədər zamana yaymalıyıq ki, pulu həmən valideyinlər götürüb özlərinə xərcləməsin, uşaqlara qalsın. Nəticədə ölkənin makroiqtisadi göstəricilərinə də ciddi basqı olmaz”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO