\

\"Günəşdəki aktivliyin artacağı gözlənilir\" - Rəsədxana

Hazırda oxunan: \"Günəşdəki aktivliyin artacağı gözlənilir\" - Rəsədxana

120845

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Bizim.Media-ya bildirilib ki, fevralın 16 –dan 18-dək Günəşdəki aktivliyin artacağı gözlənilir.

M sinif alışmanın baş verməsi ehtimalı 35 faiz, X sinif 7 faiz təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta və ya zəif səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 18 fevrala kimi fon səviyyəsində qalacağı proqnozlaşdırılır.
S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 1 faiz təşkil edir.

R1-R2 sinif radiosiqnalların kəsilmə ehtimalı 35 faiz, R3 sinif isə 7 faiz təşkil edir.

Proqnoz dövründə geomaqnit sahənin aktiv olacağı gözlənilir. Bu gün G1 səviyyəli geomaqnit qasırğası qeyd olunub (5 Kp). Fevralın 17-də G1 səviyyəli qasırğa davam edəcək, fevralın 18-i isə geomaqnit qasırğasının G2 Səviyyəsinə yüksələcəyi gözlənilir.

Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO