Tərtər rayon sakini Sahilə Əsədovanın ötən il iyulun 8-də Bərdə Diaqnostika Mərkəzində ölməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bərdə rayon prokurorluğu yayıb.
İstintaqın gedişində Sahilə Əsədovanın ölümünün cərrahiyyə əməliyyatı zamanı həkim səhvindən baş verməsinə əsaslı şübhələr müəyyən edilib.
Həkim ümumi-cərrah vəzifəsində işləyən Teymur Əlləzova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bərdə rayon məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:57 / 16.02.2023
Tərtər sakini həkim səhlənkarlığından ölüb – İSTİNTAQ YEKUNLAŞIB
Hazırda oxunan: Tərtər sakini həkim səhlənkarlığından ölüb – İSTİNTAQ YEKUNLAŞIB
Hazırda oxunan: Tərtər sakini həkim səhlənkarlığından ölüb – İSTİNTAQ YEKUNLAŞIB
120833
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.