Axtarışda olan şəxs Rusiyada tutularaq Azərbaycana gətirildi

Axtarışda olan şəxs Rusiyada tutularaq Azərbaycana gətirildi

Hazırda oxunan: Axtarışda olan şəxs Rusiyada tutularaq Azərbaycana gətirildi

120801

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun ekstradisiya haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Rəşad Xanmuradovun Qusar rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə bir qrup halında xuliqanlıq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.

Rəşad Xanmuradov Rusiya Federasiyası ərazisində saxlanılaraq cari ilin fevralın 15-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO