Türkiyədə zəlzələdə həlak olan Gündüz Nəzərzadə dəfn edildi - YENİLƏNİB

Türkiyədə zəlzələdə həlak olan Gündüz Nəzərzadə dəfn edildi - YENİLƏNİB

Hazırda oxunan: Türkiyədə zəlzələdə həlak olan Gündüz Nəzərzadə dəfn edildi - YENİLƏNİB

120777

Türkiyədə zəlzələ qurbanı olan azərbaycanlı tələbə Gündüz Nəzərzadə Sumqayıt qəbiristanlığında torpağa tapşırılıb.

Bizim.Media xəbər verir ki, mərhumun cənazəsi ötən axşam Vətənə gətirilib. Bu gün vida mərasimindən sonra isə dəfn edilib.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-də tapılıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

11:12***

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Gündüz Nəzərzadə ilə Sumqayıt şəhərində vida mərasimi keçirilir.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri, şəhər sakinləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak edirlər.

İnsanlar Gündüz Nəzərzadəni son mənzilə yola salmaq üçün vaxtilə yaşadığı ünvana axın edir, cənazəsi üstünə tər güllər düzürlər.

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Təbii fəlakət nəticəsində azı 35 418 nəfər ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO