Zəlzələdə həlak olan Samir Quliyevin nəşi Gədəbəyə APARILIB

Zəlzələdə həlak olan Samir Quliyevin nəşi Gədəbəyə APARILIB

Hazırda oxunan: Zəlzələdə həlak olan Samir Quliyevin nəşi Gədəbəyə APARILIB

120751

Türkiyənin Malatiya şəhərində baş verən zəlzələ zamanı dünyasını dəyişən azərbaycanlı tələbə Samir Quliyevin nəşi Gədəbəyin İnəkboğan kəndinə gətirilib. 

Bu barədə Bizim.Media-ya Samir Quliyevin bibisi oğlu, Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Ramal Şəmşədli bildirib. Onun sözlərinə görə Samir Quliyev günorta saatlarında dəfn ediləcək. 

Hazırda tələbə ilə yaşadığı evdə vida mərasimi keçirilir. 

Samir Quliyev uşaq yaşlarından atasını itirib və ananın himayəsində böyüyüb. Qardaşı hərbçi və baş leytenantdır.
Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan İnönü Universitetinin 4 azərbaycanlı tələbələsi - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzanin meyiti uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

Ötən gecə isə tələbələrin cənazələri Bakıya gətirilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO