“Bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair video, foto və informasiyalar yayırlar, müxtəlif şəxsi fikirləri paylaşılaraq hadisələri qabaqlamağa çalışırlar”.
Bizim.Media xəbər verir ki, bununla bağlı Azırbaycan Baş Prokurorluğu sosial- şəbəkə istifadəçiləri və jurnalislərə xəbərdarlıq edib.
Prokurorluğun bəyanatında bildirilib ki, bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyatını təhlükəyə atır.
Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrini bu tipli hərəkətlərə yol verməməyə çağırır.
Bizim.Media