Sahil Babayev serbiyalı həmkarı ilə əməkdaşlıq məsələlərini müzakirə etdi - FOTO 

Sahil Babayev serbiyalı həmkarı ilə əməkdaşlıq məsələlərini müzakirə etdi - FOTO 

Hazırda oxunan: Sahil Babayev serbiyalı həmkarı ilə əməkdaşlıq məsələlərini müzakirə etdi - FOTO 

120671

Serbiyada səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Serbiyanın paytaxtı Belqradda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, Sahil Babayev Serbiyanın milli bayramı - Dövlətçilik günü münasibətilə həmin ölkədə keçirilən rəsmi qəbulda da iştirak edərək, təbrikini ifadə edib. 

Səfər çərçivəsində Sahil Babayevlə Serbiyanın ailə rifahı və demoqrafiya naziri xanım Dariya Kisiç arasında görüş olub.

Görüşdə Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi və səyləri ilə iki ölkə arasında əlaqələrin daim inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq əlaqələrinin sosial sahədə də getdikcə genişlənməkdə olduğu vurğulanıb. 
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə aparılan sosial islahatlar, DOST konsepsiyası, dövlət sosial xidmətlərində innovativ yanaşmaların, rəqəmsal texnologiyaların geniş tətbiqi işləri barədə məlumat verilib. Həssas qruplarla bağlı icra olunan sosial müdafiə proqramlarından bəhs olunub. Azərbaycanda demoqrafiya və əhali sakinliyi sahəsində mövcud olan müsbət proseslər, ölkəmizdə demoqrafik proqnozların hazırlanması işləri diqqətə çatdırılıb. 

Həmçinin Serbiyada Ailə Rifahı və Demoqrafiya Nazirliyinin fəaliyyət sahələrində aparılan islahatlar barədə məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Serbiyanın Ailə Rifahı və Demoqrafiya Nazirliyi arasında əməkdaşlığın, o cümlədən demoqrafiya sahəsində əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.Demoqrafik siyasətin inkişafı sahəsində qabaqcıl təcrübələrin mübadiləsinin qarşılıqlı fayda verəcəyi bildirilib. Qarşıdakı dövrdə iki Nazirlik arasında əməkdaşlıq sənədinin hazırlanması və imzalanmasının əlaqələrin inkişaf etdirilməsi baxımından məqsədyönlü ola biləcəyi qeyd olunub. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO