Naxçıvanda uşağın ölü doğulması ilə bağlı cinayət işi AÇILDI

Naxçıvanda uşağın ölü doğulması ilə bağlı cinayət işi AÇILDI

Hazırda oxunan: Naxçıvanda uşağın ölü doğulması ilə bağlı cinayət işi AÇILDI

120628

Babək rayon sakini, 2000-ci il təvəllüdlü Zenfira Quliyevanın “Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” Publik Hüquqi Şəxsdə uşağının ölü doğulması faktı ilə bağlı Naxçıvan şəhər Prokurorluğunda araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Naxçıvan Muxtar Respublikasının Prokurorluğu yayıb.

Xəstəxananın həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsində davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO