Qarabağda minatəmizləmə əməliyyatlarına 24 ambulans cəlb OLUNUR

Qarabağda minatəmizləmə əməliyyatlarına 24 ambulans cəlb OLUNUR

Hazırda oxunan: Qarabağda minatəmizləmə əməliyyatlarına 24 ambulans cəlb OLUNUR

120603

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) maddi-texniki bazasının genişləndirilməsi məqsədilə yeni təcili tibbi yardım nəqliyyat vasitələri əldə edib. 

Agentlikdən Bizim.Media-ya verilən xəbərə görə, təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək.

Agentliyə təhvil verilən 24 ədəd ambulans işğaldan azad edilmiş ərazilərdə sahə əməliyyatlarında istifadə ediləcək. 

Xüsusi təyinatlı “Qazel Biznes 221717” markalı tibbi yardım nəqliyyat vasitələri ilkin yardım üçün nəzərdə tutulmuş buz çantası, buz konteyneri, tibbi xərək, onurğa zədələri üçün xərək, oksigen balonu, defibrillyator və zədə çantası kimi tibbi avadanlıqlarla təchiz edilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəsarət alanlara bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə imkan verir. 

Təcili tibbi yardım nəqliyyat vasitələri (4x4) yolsuzluq şəraitində rahat və təhlükəsiz hərəkət üçün nəzərdə tutulub. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları bədbəxt hadisələr, fərdi qəza və könüllü tibbi sığorta ilə təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO