Kəramət Böyükçöl atasına ev verilməsindən danışdı: “10 ildən çoxdur ki, onunla birgə yaşamıram”

Kəramət Böyükçöl atasına ev verilməsindən danışdı: “10 ildən çoxdur ki, onunla birgə yaşamıram”

Hazırda oxunan: Kəramət Böyükçöl atasına ev verilməsindən danışdı: “10 ildən çoxdur ki, onunla birgə yaşamıram”

120592

Xəbər verdiyimiz kimi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şair, publisist Qəşəm Nəcəfzadəyə ev hədiyyə edib.

Q.Nəcəfzadənin yazıçı oğlu Kəramət Böyükçöl bununla bağlı Facebook hesabında paylaşım edib.

Bizim.Media həmin statusu təqdim edir:

“Birinci vitse-prezident Mehriban xanım Əliyeva atama ev hədiyyə edibsə, bu nə hökumətin mənə münasibəti deməkdir, nə də mənim hökumətə. Atam şeir yazanda mən heç anadan olmamışdım. Atamın ölkəmizdə və xaricdə 35 kitabı çap olunub. Beynəlxalq şeir festivallarında Azərbaycanı təmsil edib. Onun tərcümeyi-halının hamısını buraya yazmaq fikrim yoxdur.

Bircə şeyi bildirmək istəyirəm ki, atam Yazıçılar Birliyində işləyir. Məni isə Yazıçılar Birliyindən çıxarıblar. Hətta mən Yazıçılar Birliyindən çıxarılanda atam məni yox, sədr Anarın mövqeyini müdafiə edərək açıqlama vermişdi ki, Kəraməti yaxşı edib birlikdən uzaqlaşdırıblar. Mən 10 ildən çoxdur ki, atamla bir yerdə yaşamıram. Bizim ata-oğul kimi münasibətlərimiz cəmiyyət qarşısında olan debatlarımızda da müəyyənləşmişdi. 

Bildirmək istəyirəm ki, Kəramət azad yazardır. O, özü kitablarını satır, heç bir yerdə qərar tuta bilən adam da deyil ki, özünə ev arzulasın. Onun Azərbaycanda rahat olduğu yeganə yer çöllərdir, küçələrdir, parklardır. 

Mənim yazıçı kimi həyatım budur. Mən istəsəm, maddi cəhətdən təminatlı bir həyatım olmazmı? Əlbəttə, olar. 

Mən özümlə və arzularımla münasibətlərimi çoxdan aydınlaşdırmışam. Yeganə hesablaşdığım yer isə öz içim, azad ruhumdur. Könlümdə kitablarımın satışından əldə etdiyim xırda qazancdan, vaxtında qaytarmaq şərti ilə borc ala biləcəyim 3-5 dostdan başqa heç bir arzum yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO