Həbs olunan tanınmış prodüserin iki qızı sığınacağa YERLƏŞDİRİLDİ 

Həbs olunan tanınmış prodüserin iki qızı sığınacağa YERLƏŞDİRİLDİ 

Hazırda oxunan: Həbs olunan tanınmış prodüserin iki qızı sığınacağa YERLƏŞDİRİLDİ 

120584

Xəbər verildiyi kimi tanınmış prodüser Təranə Səmədova həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Prodüser barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.

Bizim.Media-nın əldə etdiyi məlumata görə prodüserin iki qız övladı Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. Qızlardan birinin 13 yaşı var, digəri isə 7 aylıqdır. 

Xatırladaq ki, Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan prodüser ötən il isə qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb.

Məhkəmə Təranə Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.

Prodüserin həyat yoldaşı Rasim Həsənov da 2022-ci ilin dekabrında hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO