"Seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımdır" - Qurban Yetirmişli 

Hazırda oxunan: "Seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımdır" - Qurban Yetirmişli 

120577

Respublika üzrə seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımdır. 

Bizim.Media "apa.az"a istinadən xəbər verir ki, bu sözləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O bildirib ki, bunun üçün bütün respublika ərazisində tədqiqat aparmaq, dəqiqləşdirmələr etmək lazımdır:

“Seysmik rayonlaşdırma xəritəsində hansı ərazilərin 8-9 ballıq olması əks etdiriləcək. Xəritənin hazırlanması üçün Nazirlər Kabinetinə müraciət ediləcək”. 

Qurban Yetirmişli qeyd edib ki, axırıncı ümumi seysmik rayonlaşdırma xəritəsi 1978-ci ildə hazırlanıb: 

“Spitakda baş verən güclü zəlzələdən sonra 1991-ci ildə ümumi seysmik xəritədə avtomatik olaraq seysmik ballar rayonlar üzrə bir bal artırıldı. İndi həmin xəritəni təkmilləşdirmək üçün tədqiqatlar aparmaq lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO