Naftalan şəhər sakini Şükürov Rasim Mayıl oğlu Moderator.az - a aşağıdakı məzmunda şikayət məktubu göndərib:
“Salam, hörmətli redaksiya! Yazıb sizdən adi vətəndaş olaraq xahiş edirəm ki, mənim şikayətimi nəzərə alıb baxasınız və imkanınız daxilində köməklik göstərəsiniz. Mən, Şükürov Rasim Mayıl oğlu 1977-ci ildə Naftalan şəhərinin Qasımbəyli qəsəbəsində anadan olmuşam. 9 xa0yaşımdan 2-ci qrup əliləm. Evin tək oğluyam. Atam sağ olanda mənə baxırdı. İndi qalmışam çarəsiz vəziyyətdə. Üç övladım var. Mənim əsas şikayətim budur ki, həyat yoldaşımı xa0qeydiyyata sala bilmirəm. Evin sənədi də var. Lakin xa0atamın adına edilib. Təəssüf ki, imkanım da yoxdur ki, evi öz adıma keçirdib sənəd düzəldim. 2014-cü ildə qızım anadan olub. Hələ də mən körpəmə süd pulu ala bilmirəm. Dəfələrlə müraciət etsəm də sosial yardım düzəltmirlər. Mən hepatit B qaraciyər xəstəsiyəm. Naftalan xəstəxanasının baş həkimi Fazil bəy mənim xa0pulsuz müalicə olunmağıma yardımçı oldu.xa0
Evimizdə heç bir kommunal şərait yoxdur, suyumuz gəlmir. Su idarəsinə və İcra Hakimiyyətinə ərizə yazıb müraciət etmişəm.Təəssüf ki, şikayətimə baxılmır. Əsas şikayətim Naftalan şəhər İcra Hakimiyyətinin nümayəndələrindəndi. Dəfələrlə İcra Hakimiyyətinə gedib müraciət etsəm də cavabında bildirilir ki, “biz baxmırıq”x9d. Bəs kim baxır?xa0
Hörmətli redaksiya, gəlin baxın xa0nə vəziyyətdə yaşayıram. Çox kasıbam, dolana bilmirəm. Kredit götürüb müalicəyə getmişəm. İndi pensiyam kreditə çıxılır. Yoldaşıma iş verilmir. Evə də pul gəlmir. Yayda az-çox işləyirəm. Sanatoriyaya gələnlərə ev tapıram. Qarşılığında isə hörmət edirlər. Ancaq bu cür dolana bilirəm. İndi çox pis vəziyyətdəyəm. Xahiş edirəm mənə köməklik edin və ailəmizi acından ölməkdən qurtarın, fəryadımızı hər yana çatdırın ki, bəlkə səsimizə səs verən tapıldı. Sizə duaçıyam. Allah sizi qorusun”x9d.




























































































