Azərbaycan ərazisinin seysmik rayonlaşdırma xəritəsi hazırlanacaq

Azərbaycan ərazisinin seysmik rayonlaşdırma xəritəsi hazırlanacaq

Hazırda oxunan: Azərbaycan ərazisinin seysmik rayonlaşdırma xəritəsi hazırlanacaq

120543

Respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsinin hazırlanması haqqında qərar qəbul edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin növbəti iclasında verilib.

Seysmik aktiv bölgələrdə yerləşən dövlətlərdə zəlzələyə dayanıqlılıq məsələsinin başlıca problemlərdən biri olduğunu deyən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu istiqamətdə aparılacaq elmi tədqiqatların problemin həllinə öz töhfəsini verə biləcəyini söyləyib. 

O, qeyd edib ki, ölkəmizdə “Seysmologiya” ixtisası üzrə yüksəkixtisaslı kadr hazırlığı işinə diqqət daha da gücləndirilməlidir və bu istiqamətdə doktorantura təhsilinin yaradılmasına da ehtiyac var.
Bildirilib ki, Rəyasət Heyəti tərəfindən kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsinin hazırlanması, mərkəzin maddi-texniki bazasının və proqram təminatının yenilənməsi və s. haqqında qərarlar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO