Zəlzələdə vəfat edən tələbələrimizin nəşi bu gün BAKIYA gətiriləcək

Zəlzələdə vəfat edən tələbələrimizin nəşi bu gün BAKIYA gətiriləcək

Hazırda oxunan: Zəlzələdə vəfat edən tələbələrimizin nəşi bu gün BAKIYA gətiriləcək

120532

Xəbər verildiyi kimi Malatya şəhərində zəlzələ zamanı dağılan binanın altında qalan 4 azərbaycanlı tələbələrin nəşi tapılıb. 

Azərbaycanlı tələbələrin nəşi bu gün ölkəyə gətiriləcək. 

Bu barədə Bizim.Media-ya tələbələrdən biri Samir Quliyevin bibisi oğlu, Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Ramal Şəmşədli bildirib.

O, tələbələrin dəfn mərasimi prosesinin necə təşkil ediləcəyini hələ bilmir:

“Dünən məlumat aldıq ki, tələbələrin nəşi Malatyadan İstanbula aparılacaq. Bu gün isə İstanbuldan Bakıya gətiriləcək. Ondan sonrakı prosesi isə hələki bilmirik. Tələbələrin nəşi ailələrinəmi təhvil veriləcək, dəfn prosesi Xarici İşlər Naziliyi tərəfindənmi həyata keçiriləcək, bilmirik. Hər halda dayım oğlu Samir Quliyev əslən olduqları Gədəbəyin İnəkboğan kəndində torpağa tapşırılacaq”.

Ramal Şəmşədli qeyd edib ki, Samir Quliyev uşaq yaşlarından atasını itirib və ananın himayəsində böyüyüb. Qardaşı hərbçi və  baş leytenantdır. 

Qeyd edək ki, Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cansız bədəni 9 gün sonra dağıntılar altından çıxarılıb. Malatya İnönü Universitetində təhsil alan tələbələr bir evdə yaşayıblar.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO