Sabah Azərbaycan televiziyaları qardaş ölkə ilə

Sabah Azərbaycan televiziyaları qardaş ölkə ilə "Türkiyə, tək ürək" kampaniyasına QOŞULACAQ  

Hazırda oxunan: Sabah Azərbaycan televiziyaları qardaş ölkə ilə "Türkiyə, tək ürək" kampaniyasına QOŞULACAQ  

120477

Fevralın 15-də axşam saatlarında Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə, tək ürək" adı altında Kahramanmaraş zəlzələsindən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirəcək. 

Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. 

Məlumata görə, Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantəp, Adana, Osmaniyə, Malatya, Diyarbakır, Şanlıurfa və Kilis vilayətlərində zərərçəkənlər üçün Türkiyənin tək ürək olacağı yardım kampaniyası eyni vaxtda canlı yayımlanacaq. 
Belə ki, kampaniya yerli vaxtla saat 20:00-da başlayacaq, yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl ay” cəmiyyətinin hesabına köçürüləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO